...

Azərbaycanın Zərdab rayonunda milli mətbuatın 135 illiyinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 1 İyul 2010 17:48 (UTC +04:00)
Azərbaycanın Zərdab rayonunda milli mətbuatın 135 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə Mətbuat Şurasından Trend-ə bildiriblər.
Azərbaycanın Zərdab rayonunda milli mətbuatın 135 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Zərdab rayonunda milli mətbuatın 135 illiyinə həsr olunmuş konfrans keçirilib. Bu barədə Mətbuat Şurasından Trend-ə bildiriblər.

"Görkəmli alim, mütəfəkkir Həsən bəy Zərdabinin nəşrinə başladığı "Əkinçi" qəzeti fəaliyyətdə olduğu iki il müddətində özündən sonrakı mətbu vasitələr üçün bir növ cığır yaratmış oldu", - "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" adlı konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, qəzetin mövzu dairəsi, toxunduğu məsələlər o zamankı Azərbaycan cəmiyyətinin ictimai şüurunda tam yeni bir səhifə açdı.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir zamanı bildirib ki, 2009-cu ilin mayından işə başlayan Fondun ötən müddətdəki təcrübəsi media ilə bağlı əhatəli proqramların işlənib hazırlanması üçün əsas yaradıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda 1993-cü ildən bəri media sahəsində həyata keçirilən dövlət siyasətinin mahiyyətcə mətbuatın saflığının qorunmasına, jurnalistikamızın mütərəqqi ənənələrinin bərqərar olmasına yönəldiyini vurğulayıb.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanda media sahəsindəki dövlət siyasətinin prioritetlərindən söhbət açaraq deyib. O, Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin keçirilməsi barədə 10 iyun 2010-cu il tarixli sərəncamı ilə əlaqədar tədbirlər planı haqqında məlumat verərək sənəddən irəli gələn digər vəzifələrin də belə uğurla icra ediləcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti