...

Xəzəryanı ölkələr ekologiya sahəsində sənədlər imzalayacaqlar – BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru

Cəmiyyət Materials 7 İyul 2010 14:19 (UTC +04:00)
Xəzəryanı ölkələr tərəfindən ekologiya sahəsində sənədlər imzalanacaq, - bu barədə çərşənbə günü jurnalistlərə BMT-nin Ətraf Mühit Proqramının direktoru Kristof Buvye deyib
Xəzəryanı ölkələr ekologiya sahəsində sənədlər imzalayacaqlar – BMT-nin Ətraf Mühit Proqramının Avropa Bürosunun direktoru

Аzərbaycan, Qəbələ, 7 iyul /Trend, müxbir М.Əliyev/

Sentyabrda Xəzəryanı ölkələr tərəfindən ekologiya sahəsində sənədlər imzalanacaq, - bu barədə çərşənbə günü jurnalistlərə BMT-nin Ətraf Mühit Proqramının direktoru Kristof Buvye deyib.

"Sentyabrda beş Xəzəryanı ölkə Qazaxıstanda insan fəaliyyətinin ətraf mühitə təsiri ilə bağlı sənədlər imzalayacaq", - Buvye deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan, İran tərəfindən BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində konfrans təşkil olunacaq.

"Bu beş ölkə ümumi maraqlara malikdir və hal-hazırda sahilboyu mənbələrin çirklənməsi və biomüxtəliflik məsələləri müzakirə olunur", - Buvye bildirib.

Xəbər lenti

Xəbər lenti