...

Azərbaycanın ali məktəblərinə IV ixtisas qrupuna qəbul imtahanları keçirilir

Cəmiyyət Materials 17 İyul 2010 10:50 (UTC +04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirir
Azərbaycanın ali məktəblərinə IV ixtisas qrupuna qəbul imtahanları keçirilir

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirir. 

Trend-in məlumatına görə, bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim edib. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7 118-i oğlan, 8 230 nəfəri qızdır. 

IV ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. 

Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək.

İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunacaq, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib.

Xəbər lenti

Xəbər lenti