Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/
Məşhur Belçika fleytaçısı Kristian Plouvier çərşənbə günü Belçikanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Bakıya gələcək.
Musiqiçi iyulun 21-də Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək, iyulun 22-də isə onun Rüstəm Mustafayev adına İncəsənət Muzeyində "Buta" incəsənət mərkəzi ilə birlikdə xeyriyyə konsertində çıxış edəcəyi planlaşdırılıb.
Konsertlərdə Azərbaycan muğamlarından parçalar səslənəcək.
Konsertdən yığılan bütün vəsaitlər uşaqların hüquqları üzrə "Qaynar xətt" xidmətinə veriləcək.