...

Qara Qarayev adına beynəlxalq müsabiqə və konfrans YUNESKO-nun tədbirlər siyahısına salınıb

Cəmiyyət Materials 22 İyul 2010 17:34 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin birinci katibi Günay Əfəndiyevanın Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə ünvanlanan məktubunda bildirilir.
Qara Qarayev adına beynəlxalq müsabiqə və konfrans YUNESKO-nun tədbirlər siyahısına salınıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev adına beynəlxalq müsabiqə və konfrans YUNESKO-nun tədbirlər siyahısına salınıb.

Trend-in məlumatına görə, bu barədə YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinin birinci katibi Günay Əfəndiyevanın Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə ünvanlanan məktubunda bildirilir.

Məktubda qeyd olunur ki, BMT Baş Assambleyasının 2010-cu il üçün Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ili çərçivəsində YUNESKO tərəfindən çoxmüxtəlifliyin təşviq edilməsi məqsədilə bir sıra beynəlxalq, regional və milli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu il dekabr ayında Bakıda keçiriləcək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş Qara Qarayev adına I Beynəlxalq Pianoçuların Elmi-İfaçılıq Müsabiqəsi və Konfransının YUNESKO-nun bu tədbirlər siyahısına daxil edilməsi məqsədilə YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin məsələ ilə əlaqədar fəaliyyəti nəticəsində təqdim olunan tədbir siyahıya salınıb və beynəlxalq ilin rəsmi loqosundan istifadə etmək hüququ əldə edilib.

Tədbirin siyahıya salınması artıq YUNESKO-nun rəsmi saytında da (http://www.unesco.org/en/rapprochement-of-cultures/) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti