...

Azərbaycanda bu gün ali məktəblərə ikinci ixtisas qrupu üzrə imtahanlar keçirilir

Cəmiyyət Materials 23 İyul 2010 10:26 (UTC +04:00)
Azərbaycanda bu gün ali məktəblərə ikinci ixtisas qrupu üzrə imtahanlar keçirilir.
Azərbaycanda bu gün ali məktəblərə ikinci ixtisas qrupu üzrə imtahanlar keçirilir

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda bu gün ali məktəblərə ikinci ixtisas qrupu üzrə imtahanlar keçirilir. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılır.

II ixtisas qrupu üzrə 28072 abituriyent ərizə təqdim edib. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 3 saat ərzində aparılır.

Abituriyentlər iyulun 18-dən etibarən, TQDK-nın internet saytına daxil olaraq, "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürüblər. Buraxılış vərəqəsi ilə yanaşı, "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə komissiyanın internet-saytında xüsusi xəritə-göstəricilərlə təchiz olunmuş, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti