...

Prokuror Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük iş istəyib

Cəmiyyət Materials 23 İyul 2010 13:31 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilən şəxslərə prokuror iş istəyib.
Prokuror Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük iş istəyib

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilən şəxslərə prokuror iş istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə prokuror təqsirləndirilən Nadir Əliyevə, Cavidan Əmirova və Nəcəf Süleymanova ömürlük həbs, Ariz Qabulova isə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Zərərçəkənlər prokurorun istədiyi işdən razılıqlarını ifadə ediblər. Müdafiə tərəfi çıxışa hazır olmadıqlarını və bir həftə vaxt istədiklərini bildiriblər.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma), Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Xəbər lenti

Xəbər lenti