...

Azərbaycan Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 28 İyul 2010 19:04 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı Apelyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin həmin Məcəllənin 154.4-cü, 156.2-ci və 163.2-ci maddələri baxımından şərh olunmasını məhkəmədən xahiş edib.
Azərbaycan Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin müraciəti ilə bağlı qərar qəbul edib.

Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı Apelyasiya Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin həmin Məcəllənin 154.4-cü, 156.2-ci və 163.2-ci maddələri baxımından şərh olunmasını məhkəmədən xahiş edib.

Müraciətlə bağlı qəbul edilmiş qərara görə, Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsi həmin Məcəllənin 154.4-cü, 156.2-ci və 163.2-ci maddələrinin tələblərinə riayət olunmaqla tətbiq edilməlidir.
Məhkəmə həbsin qətimkan tədbiri qismində seçilməsi məsələsinə baxarkən müdafiə tərəfinin vəsatəti olduqda və təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla cəmiyyətdən təcrid edilməsinə zərurət olmadığı qənaətinə gəldikdə, həbsi ev dustaqlığı ilə əvəz etməyə haqlıdır.

Xəbər lenti

Xəbər lenti