...

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlər çoxalıb

Cəmiyyət Materials 2 Avqust 2010 12:12 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) internet-saytının "Sual-cavab" altqrupuna 2010-cu ilin 6 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə daxil olan müraciətlər 76 faiz çoxalıb.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna daxil olan müraciətlər çoxalıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) internet-saytının "Sual-cavab" altqrupuna 2010-cu ilin 6 ayı ərzində ötən ilin analoji dövrü ilə müqayisədə daxil olan müraciətlər 76 faiz çoxalıb. Bu barədə bazar ertəsi DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru məlumat yayıb.

Məlumata görə, elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər, ümumilikdə, maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın "Sual-cavab" altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib.

Cari ilin ilk yarısında sayta göndərilən 1270 sualın 43,7 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 27 faizi isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, "Sual-cavab" altqrupuna daxil olan sualların 8,9 faizi "fərdi uçot" bölməsinə, 6 faizi isə "hərbi qulluqçulara dair pensiya və müavinətlər" bölməsinə aid olub.

Sualların 11,1 faizi isə altqrupun "digər" bölməsinə ünvanlanıb, həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın "qonaq" bölməsinə isə 6 ayda, ümumilikdə, 42 elektron məktub (3,3 faiz) daxil olub.

DSMF-nin saytında əhalinin maarifləndirilməsi məqsədilə "Sual-cavab" altqrupunda vətəndaşlar öz suallarını elektron formada göndərmək üçün 5 (əmək pensiyaları və müavinətlər, fərdi uçot, sosial sığorta haqları, hərbi qulluqçulara dair pensiya və müavinətlər, digər) bölmə yaradılıb.

Vətəndaşların suallarının cavablandırılması həm də fondun "190" nömrəli mərkəzi çağrı sistemi vasitəsilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti