...

Azərbaycanın "Qarabağ" futbol klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşib

Cəmiyyət Materials 6 Avqust 2010 18:13 (UTC +04:00)
Cümə günü keçirilən püşkatmanın nəticələrinə görə, Azərbaycanın "Qarabağ" futbol klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi "Borussiya" (Dortmund) olub.
Azərbaycanın "Qarabağ" futbol klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi müəyyənləşib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/

Cümə günü keçirilən püşkatmanın nəticələrinə görə, Azərbaycanın "Qarabağ" futbol klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibi "Borussiya" (Dortmund) olub.

Pley-off mərhələsinin oyunları avqustun 19-u və 26-da keçiriləcək. Bu raunddakı qaliblər Avropa Liqasının qrup oyunlarında iştirak edəcək.

"Qarabağ" kubokun ilk raundunda "Metallurq Skopye"ni 4:1, 1:1, ikinci raundda "Portdaun"u (Şimali İrlandiya) - 2:1, 1:1, üçüncü raundda "Visla Krakov"u (Polşa) - 1:0, 3:2 məğlub edib.

Xəbər lenti

Xəbər lenti