Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycan Televiziya və Radio Şurası (MTRŞ) gələcəkdə telekanallara dövlət büdcəsindən maliyyənin ayrılmasını mümkün sayır.
"Gələcəkdə özəl telekanallara dövlət dəstəyinin həyata keçirilməsi mümkün ola bilər", - bunu cümə axşamı Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.
Azərbaycanda 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir.
Məhərrəmli hazırkı mərhələdə özəl televiziya kanallarına dövlət dəstəyinin ayrılmasını gərəkli saymır.
"Hazırkı real vəziyyətdə dövri mətbuatla telekanallar arasında çox böyük fərq var, yəni ictimaiyyətin məlumatlandırılmasında əsas yuk telekanalların üzərinə düşür, onların da reklamla bağlı vəziyyəti dövri mətbuatın reklamla bağlı vəziyyətindən müqayisəolunmaz dərəcədə yaxşıdır".
Onun sözlərinə görə, bu səbəbdən, ilk növbədə, dövlət dəstəyi daha çox dövri mətbuata aid edilir.