...

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün yay məktəbi təşkil olunub

Cəmiyyət Materials 23 Avqust 2010 11:31 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, respublikamızda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün yay məktəbi təşkil olunub

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun dəstəyi ilə artıq ikinci ildir ki, respublikamızda şəkərli diabetli uşaqlar üçün analoqu olmayan psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunur.

Fonddan bazar ertəsi Trend-ə bildiriblər ki, bu məqsədlə Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaqlar üçün nəzərdə tutulur. Yay məktəbinin təşkilində əsas məqsəd gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.

Avqustun 23-dən başlayan proqrama maraqlı istirahətin təşkili ilə yanaşı, uşaqların psixo-sosial reabilitasiyasını təmin etməyə, yeniyetmələrdə özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında və ətrafda baş verən hadisələrə qarşı tolerant münasibət bəsləmə üsullarını formalaşdırmağa xidmət edən məşğələlərin keçirilməsi daxildir. Bu məqsədlə endokrinoloq, psixoloq və digər mütəxəssislərin daxil olduğu işçi qrup fərdi məsləhət və psixoterapiyadan istifadə edilərək, uşaqlara müvafiq vərdişlərin aşılanmasını təmin edən davamlı treninqlər keçirəcəklər.

İstirahət günlərində uşaqlar Gəncə şəhərinin tarixi-görməli yerləri ilə tanış olacaq, ingilis dili kurslarında iştirak edəcək, müxtəlif mövzularda inşa yazıları yazacaq, müsabiqə, intellektual oyun və idman yarışlarında güclərini sınayacaqlar.

Xəbər lenti

Xəbər lenti