Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir M.Əliyev/
Ekologiya və Təbii Sərvətlər (ETSN), Daxili İşlər nazirliklərinin (DİN) əməkdaşları tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsi Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarəolunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə çərşənbə axşamı ETSN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsi dənizkənarı ərazidə fəaliyyət göstərən "Sevil-O" istehsalat kommersiya firmasına məxsus "Tropikanka" iaşə obyetində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7 000 manat məbləğində cərimə olunub.
Suraxanı rayonu Hövsan qəsəbəsində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə Xəzər sahili ərazidə fəaliyyət göstərən "Delfin" iaşə obyektinin iş icraçısı R.Qurbanov və "Elnur" iaşə obyektinin iş icraçısı D.Quliyeva, hər biri fiziki şəxs qismində, inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.