...

Los-Ancelesdə Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Cəmiyyət Materials 24 Avqust 2010 13:14 (UTC +04:00)
Kaliforniyanın məşhur Sidars-Sinay Mədəniyyət Mərkəzində (Cedars-Sinai Medical Center) Azərbaycana həsr olunmuş tədbir keçirilib.
Los-Ancelesdə Azərbaycan mədəniyyəti gecəsi keçirilib

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir S.Ağayeva/

Kaliforniyanın məşhur Sidars-Sinay Mədəniyyət Mərkəzində (Cedars-Sinai Medical Center) Azərbaycana həsr olunmuş tədbir keçirilib. Los-Ancelesdə əslən Yaxın Şərqdən olan tibb işçilərini birləşdirən mədəniyyət cəmiyyətinin (Near-Eastern American Medical Society of Los Angeles) təşkil etdiyi gecədə çıxış edən doktor Nurulla Parhami mərasimdə iştirak edənləri Azərbaycanın zəngin musiqi ənənələri ilə tanış edib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

Həmçinin, o, Azərbaycan tarının təkamülündən və region mədəniyyətlərinin qarşılıqlı təsirindən danışıb. Azərbaycan musiqisi ustalarının, Ramiz Quliyevin lent yazıları, həmçinin, "Arşın mal alan" filmindən fraqmentlər və "Qarabağ şikəstəsi" ansamblının konsertinin lent yazıları nümayiş etdirilib.

Öz növbəsində, əslən Azərbaycandan olan, Sankt-Peterburqun Marinsk Teatrının solisti Timur Abdikeyev dinləyicilərə "Sarı gəlin" Azərbaycan xalq mahnısını canlı ifada təqdim edib.

Gecədə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov da çıxış edib. O, Avrasiyada regional inkişafın dinamikası haqqında məlumat verib.

Xəbər lenti

Xəbər lenti