...

İran Xəzər dənizindən mərkəzi şəhərlərinə su kanalı çəkəcək

Cəmiyyət Materials 27 Avqust 2010 12:49 (UTC +04:00)
Xəzər dənizindən mərkəzi şəhərlərə, xüsusilə Simnan ostanına su kanalı çəkiləcək. Bu layihənin icrası ilə ildə 2 milyard kubmetr suyun mərkəzi şəhərlərə ötürülməsi nəzərdə tutulub, - İranın kənd təsərrüfatı naziri Sadiq Xəlilian bu gün Damğan şəhərində "Xəzər dənizindən su kanalı layihəsi araşdırma mərkəzi"nin açılış mərasimində çıxış edərkən deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İran Xəzər dənizindən mərkəzi şəhərlərinə su kanalı çəkəcək

Xəzər dənizindən mərkəzi şəhərlərə, xüsusilə Simnan ostanına su kanalı çəkiləcək. Bu layihənin icrası ilə ildə 2 milyard kubmetr suyun mərkəzi şəhərlərə ötürülməsi nəzərdə tutulub, - İranın kənd təsərrüfatı naziri Sadiq Xəlilian bu gün Damğan şəhərində "Xəzər dənizindən su kanalı layihəsi araşdırma mərkəzi"nin açılış mərasimində çıxış edərkən deyib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Xəlilian deyib ki, hazırda bu layihənin icrası üçün tədqiqatlara başlanılıb. "Layihənin icrası ilə ölkənin mərkəzi şəhərləri, xüsusilə Simnan şəhərində böyük dəyişikliklər olacaq", - Xəlilian bildirib.

Xəlilianın sözlərinə görə, Simnan şəhərinin ən böyük problemlərindən biri su çatışmazlığıdır ki, layihənin icrası ilə problem öz həllini tapacaq.

Məlumata əsasən, Xəzər dənizindən Simnan şəhərinə çəkiləcək su kanalının uzunluğu 70 kilometr olacaq. Layihənin icrası üçün 15 milyon dollar sərmayə yatırılması nəzərdə tutulur.

İranın şimalında yerləşən Simnan ostanının mərkəzi Simnan şəhəridir. 2006-cı ildə aparılmış rəsmi siyahıyaalmaya əsasən, ostanda 589 742 nəfər əhali yaşayır. Simnan  şimaldan Şimali Xorasan, Gülüstan və Mazandaran, cənubdan Yəzd və İsfahan, şərqdən Rəzəvi Xorasan, qərbdən isə Tehran və Qum ostanları ilə həmsərhəddir.

Xəbər lenti

Xəbər lenti