Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir T.Hacıyev/
"Ekologiya ili" çərçivəsində keçiriləcək "Azərbaycan-Avropa Velosiped Yürüşü"nə şənbə günündən start verilib.
Trend-in məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib ki, bu ekoloji tədbir 28 avqust - 6 sentyabr tarixlərində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçiriləcək.
"Azərbaycan-Avropa Velosiped Yürüşü"ndə 33 həvəskar velosipedçi yarışacaq. Bakıdan başlayacaq yürüş Gəncədə bitəcək. Tədbirdə həm xarici, həm də yerli ekoloqlar, diplomatlar, energetika və velosipedçilər iştirak edəcək. Yürüş iştirakçıları hər gün 50 kilometr məsafə qət edəcəklər" Əzimov deyib.
XİN rəsmi aksiyanın hər il keçiriləcəyinin nəzərdə tutulduğunu qeyd edib.