...

Azərbaycan Mətbuat Şurası KİV-də reklam bazarının genişləndirilməsinə kömək edəcək – Şura sədri

Cəmiyyət Materials 1 Sentyabr 2010 12:44 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası KİV-də reklam bazarının genişləndirilməsinə kömək edəcək. Bu barədə çərşənbə günü Şuranın sədri Əflatun Amaşov jurnalistlərə bildirib.
Azərbaycan Mətbuat Şurası KİV-də reklam bazarının genişləndirilməsinə kömək edəcək – Şura sədri

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurası KİV-də reklam bazarının genişləndirilməsinə kömək edəcək. Bu barədə çərşənbə günü Şuranın sədri Əflatun Amaşov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurası kütləvi informasiya vasitələrinin reklam üzrə ümumi vergidən azad edilməsi məsələsinin həlli istiqamətində çalışır.

"2010-cu ilin sonunadək KİV-in sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində müsbət radikal irəliləyişlər həyata keçiriləcək", - Amaşov bildirib.

Bundan başqa, Mətbuat Şurası gələn il jurnalistika fakültəsinə daxil olmaq istəyənlər üçün sınaq imtahanı tətbiq etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti