...

Azərbaycan gimnastı Aliyə Qarayeva digər gimnastlarla ciddi rəqabət apara bilər – Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti

Cəmiyyət Materials 14 Sentyabr 2010 17:49 (UTC +04:00)
Azərbaycan gimnastı Aliyə Qarayeva fərdi proqramda digər gimnastlara ciddi rəqib ola bilər.
Azərbaycan gimnastı Aliyə Qarayeva digər gimnastlarla ciddi rəqabət apara bilər – Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti

Rusiya, Moskva, 14 sentyabr /Trend, xüsusi müx. İ.Bragina/

Azərbaycan gimnastı Aliyə Qarayeva fərdi proqramda digər gimnastlara ciddi rəqib ola bilər. Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner belə hesab edir.

"Aliyə Qarayeva son illər çox böyüyüb və Moskvada digər gimnastlarla ciddi rəqabət apararaq, güclü çıxış edə bilər", - Viner bədii gimnastika üzrə dünya çempionatının yubileyinə həsr olunan mətbuat konfransında deyib.

"Bədii gimnastika üzrə dünya çempionatının 30-cu yubileyində 55 ölkədən 800 iştirakçı çıxış edəcək", - Moskavada keçirilən mətbuat konfransında təşkilatçılar məlumat verib.

Vinerin sözlərinə görə, bədii gimnastika üzrə dünya çempionatlarının keçirilməsi tarixində ilk dəfə olaraq çempionat bu idman növünün vətəni Rusiyada keçiriləcək. Onun sözlərinə görə, bundan əvvəl hətta SSRİ belə yarışları qəbul etməyib.

Təşkilatçılar çempionatın rəngarəng açılışını vəd ediblər. Açılışda gözlənildiyinə görə ilk çempionatın iştirakçıları və digər fəxri qonaqlar iştirak edəcəklər.

Təşkilatçıların sözlərinə görə, forumun bağlanış qala-konserti daha təntənəli planlaşdırılıb və tarixdə ilk dəfə olaraq fiqurlu konkisürənlərin nümunəvi çıxışları kimi bütün dünyaya yayımlanacaq.

Vinerin sözlərinə görə, bu hadisə əzəmətli olacağından xəbər verir, sürpriz isə əvvəllər gimnastikada tətbiq edilməyən yeni nadir proqramların nümayişi olacaq. Onun sözlərinə görə, gimnastların iki eyni və ya müxtəlif predmetlərlə nümayişləri göstəriləcək. "Bu, bədii gimnastikada yeni söz ola bilər", - Viner hesab edir.

Baş favorit - Rusiyanın rəqiblərinə gəldikdə isə, Vinerin fikrincə, Rusiyanın qrup tapşırıqlarında güclü rəqibləri İtaliya, Belarus və Yaponiya yığmaları olacaq. Yaponiya yığması Peterburqda Rusiya mütəxəssislərinin nəzarəti altınada məşq edir.

Dünya çempionatının açılışı sentyabrın 20-də saat 14:00-da olacaq. Tədbirin reqlamenti Beynəlxalq Gimnastika Federasiyası tərəfindən göndərilib.

Xəbər lenti

Xəbər lenti