...

İranda Şəhriyarın vəfat etdiyi tarix Milli şeir günü kimi qeyd olunur

Cəmiyyət Materials 17 Sentyabr 2010 12:14 (UTC +04:00)
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün - sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.
İranda Şəhriyarın vəfat etdiyi tarix Milli şeir günü kimi qeyd olunur

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün - sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox "Şəhriyar" təxəllüsü ilə tanınan böyük Azərbaycan-İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırıb, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatdan dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib; haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr hər il İranda Milli şeir günü kimi qeyd edilir.

Xəbər lenti

Xəbər lenti