...

İlin sonunadək Azərbaycanda zooloji parkın yaradılması layihəsi baxılmaq üçün hökumətə təqdim olunacaq - nazir

Cəmiyyət Materials 25 Sentyabr 2010 12:37 (UTC +04:00)
İlin sonunadək Azərbaycanda zooloji parkın yaradılması layihəsi baxılmaq üçün hökumətə təqdim olunacaq . Bu barədə Trend-ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.
İlin sonunadək Azərbaycanda zooloji parkın yaradılması layihəsi baxılmaq üçün hökumətə təqdim olunacaq - nazir

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir M.Əliyev/

İlin sonunadək Azərbaycanda zooloji parkın yaradılması layihəsi baxılmaq üçün hökumətə təqdim olunacaq . Bu barədə Trend-ə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib.

Zooloji parkın yaradılması layihəsi üzərində Türkiyə-Almaniya şirkəti işləyir.

"Park üçün ayrılan ərazı tərkibində bor olan çox bərk torpağa malikdir, çünki burada çoxlu palçıq vulkanları olub. Hazırda ərazinin təmizlənməsinin çox baha başa gəlməməsi məqsədilə variantlar işlənilib-hazırlanır", - Bağırov bildirib.

Nazir layihənin birinci hissəsinin ilin sonunadək hökumətə təqdim olunacağına ümidini ifadə edib. Bu, 2011-ci ildə layihələşdirmənin başa çatmasını gözləmədən inşaat işlərinə başlamağa imkan verərdi.

Zooloji parkda təkcə heyvanların yetişdirilməsi deyil, həm də onların reabilitasiyası, nəsli kəsilən növlərin bərpası, onlara kliniki yardım göstərilməsi həyata keçiriləcək.

Nazirin sözlərinə görə, Bakıdakı hazırkı zoopark heyvanların qəfəslərdə saxlandıqları heyvanxanadır.

"Lakin hər halda, orada heyvanlarla ünsiyyət qurmaq, onlara qulluq etmək təcrübəsi olan adamlar çalışırlar. Hesab edirəm, bu adamlar tamamilə yeni zooloji parkda işə cəlb ediləcəklər", - o deyib.

Nazirlik, həmçinin, gələcəkdə zooloji parkda işə cəlb olunacaq yeni kadrların hazırlanması üçün tədris mərkəzi yaratmağı da planlaşdırır.

Xəbər lenti

Xəbər lenti