...

Azərbaycanda 2010-cu ildə Xəzər dənizinə 1 milyon 500 min ədəd nərəcinsli balıq körpələri buraxılıb (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2010 11:51 (UTC +04:00)
Azərbaycanın Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2010-cu ildə Xəzər dənizinə 1 milyon 500 min ədəd nərəcinsli balıq körpələri buraxılıb
Azərbaycanda 2010-cu ildə Xəzər dənizinə 1 milyon 500 min ədəd nərəcinsli balıq körpələri buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Xıllı Nərə Balıqartırma Zavodu tərəfindən 2010-cu ildə Xəzər dənizinə 1 milyon 500 min ədəd nərəcinsli balıq körpələri buraxılıb. Bu barədə jurnalistlərə "Xəzər həftəsi"nin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən, Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zavodda təşkil etdiyi baxış zamanı məlumat verilib.

Ümumiyyətlə, Neftçala rayonunda 2003-cü ildən fəaliyyət göstərən zavoddan Xəzər dənizinə 41 milyon ədəd nərəcinsli balıq körpələri buraxılıb.

15 hektar ərazini əhatə edən, inkubasiya, dairəvi hovuzlar, elektron sexlərin fəaliyyət göstərdiyi zavodun istehsal gücü ildə 15 milyon ədəd balıq körpələrinə bərabərdir. Kür çayından sudurulducu qurğular vasitəsilə əldə olunan sularda 150-200 qramdan 10 kiloqrama qədər balıq böyüdülür.

Xəbər lenti

Xəbər lenti