...

Azərbaycanda Xəzərin dənizkənarı sahəsi tullantılardan təmizlənib

Cəmiyyət Materials 1 Oktyabr 2010 14:18 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Dəniz günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə keçirilən "Xəzər həftəsi" çərçivəsində mədəni-kütləvi, ictimaiyyətin maarifləndirilməsinə xidmət edən tədbirlər keçirilib.
Azərbaycanda Xəzərin dənizkənarı sahəsi tullantılardan təmizlənib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Beynəlxalq Dəniz günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkədə keçirilən "Xəzər həftəsi" çərçivəsində mədəni-kütləvi, ictimaiyyətin maarifləndirilməsinə xidmət edən tədbirlər keçirilib. Bu barədə nazirlikdən cümə günü Trend-ə daxil olan məlumatda deyilir.

"Xəzər həftəsi" ilə əlaqədar Lənkəran-Astara rayonlarının Xəzər dənizi boyu 10 kilometrlik sahil zolağı səkkiz ton məişət və digər növ tullantılardan təmizlənib.

Həmçinin, Abşeron, Qobustan, Xızıda 5 hektar ərazidən 15 ton məişət və sənaye tullantıları zibil poliqonuna daşınıb, Azərbaycanın şimal-şərq bölgələrində 20 hektar dənizkənarı sahə 30 ton məişət və digər növ tullantılardan təmizlənib.

Tədbirlər çərçivəsində ərazi ekologiya və təbii sərvətlər şöbəsinin mütəxəssisləri Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Sabirabad rayonlarında Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxuyublar, Neftçala rayonu ərazisində Xəzər dənizi sahil zolağında iməcilik keçiriblər.

Xəbər lenti

Xəbər lenti