...

Azərbaycan yığması Türkiyə ilə matça yaxşı hazırlaşıb və qələbə qazanıb - Berti Foqts

Cəmiyyət Materials 13 Oktyabr 2010 08:49 (UTC +04:00)
Avstriyaya məğlubiyyətinə baxmayaraq Azərbaycan yığması Türkiyə ilə matça yaxşı hazırlaşıb və qələbə qazanıb. Bunu çərşənbə axşamı Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə ilə oyundan sonra mətbuat konfransında bildirib.
Azərbaycan yığması Türkiyə ilə matça yaxşı hazırlaşıb və qələbə qazanıb - Berti Foqts

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/ 

Avstriyaya məğlubiyyətinə baxmayaraq Azərbaycan yığması Türkiyə ilə matça yaxşı hazırlaşıb və qələbə qazanıb. Bunu çərşənbə axşamı Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə ilə oyundan sonra mətbuat konfransında bildirib. 

"Mən türk futbolunun nə səviyyədə olduğunu yaxşı bilirəm, amma qoy onlar da Azərbaycanda futbolun nə səviyyədə olduğunu bilsinlər", - baş məşqçi deyib. 

Foqts Azərbaycan yığmasının kapitanı Rəşad Sadıxovu matçın ən yaxşı oyunçusu adlandırıb. 

Baş məşqçi yığmanın dəstəklədiklərinə görə azarkeşlərə təşəkkür edib. 

Berti Foqts oyunda həyata keçirilməyən məqamlara da toxunub. 

"Azərbaycan komandası cavandır. Matçdan sonra birbaşa oyunçulara demişəm ki, məqamların həyata keçirilməsi üzrə daha çox işləsinlər" deyə, o bildirib. 

Foqts hesab edir ki, Türkiyə yığması hələ daha yaxşı oyununu göstərəcək və qrupda ikinci yeri tutacaq. 

Çərşənbə axşamı Bakıda keçirilən Avro-2012-nin seçmə mərhələsinin oyununda Rəşad Sadıxovun 40-cı dəqiqədə vurulan qolu Azərbaycan yığmasına Türkiyə ilə oyunda qələbə gətirib.

Xəbər lenti

Xəbər lenti