...

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinə ümumilikdə 16 il iş verilib

Cəmiyyət Materials 1 Noyabr 2010 13:21 (UTC +04:00)
Trend-in məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyevə 9 il, yavəri Anar Haşımova 7, Anar Rəfiyevə 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib.
Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinə ümumilikdə 16 il iş verilib

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanının köməkçisi və yavərinə 16 il iş verilib.

Trend-in məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə keçirilən prosesdə Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı Rail Rzayevin köməkçisi Aydın Rəfiyevə 9 il, yavəri Anar Haşımova 7, Anar Rəfiyevə 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin oğurluq, ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcburetmə və ya pulla ələ alma, rüşvət alma, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və digər maddələri ilə ittiham olunurlar.

Generalın köməkçisi Rəfiyev və yavəri Haşımov 2009-cu il fevralın 11-də, Rzayev qətlə yetiriləndən dərhal sonra, onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə əlbir olub, 2009-cu ilin mart ayında general Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş - Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan, Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını talayıblar.

Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş - ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.

Xəbər lenti

Xəbər lenti