...

Azərbaycanda restoranlarda saxlanılan 4 ayı və bir canavar müsadirə edilərək Milli parklara verilib

Cəmiyyət Materials 10 Noyabr 2010 14:38 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən restoranlarda saxlanılan 4 ayı və bir canavar müsadirə edilərək Milli parkların ərazisinə buraxılıb. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Azərbaycanda restoranlarda saxlanılan 4 ayı və bir canavar müsadirə edilərək Milli parklara verilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən restoranlarda saxlanılan 4 ayı və bir canavar müsadirə edilərək Milli parkların ərazisinə buraxılıb. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəhşi heyvanların ayrı-ayrı istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasının qarşısını almaq məqsədi ilə Daxili İşlər və Vergilər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reydlər zamanı Bakının Səbail rayonu ərazisində yerləşən "Qurd qapısı" restoranında 1 ayının, Lerik rayonu ərazisində yerləşən istirahət mərkəzində isə 3 ayının və 1 canavarın qəfəsdə saxlanılması aşkar edilib", - o, bildirib.

Müsadirə olunmuş 4 ayı Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib, 1 canavar isə Hirkan Milli Parkının ərazisinə buraxılıb.

İbrahimovanın sözlərinə görə, qanunu pozmuş şəxslər "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimələniblər.

Bundan əvvəl, Xətai rayonununda fəaliyyət göstərən kafedən 1 dələ, Hövsan qəsəbəsində fəaliyyət göstərən kafedən isə 2 canavar müsadirə edilərək Abşeron Milli Parkına buraxılıb.

Xəbər lenti

Xəbər lenti