...

İsveç Azərbaycanlıları Konqresi YUNESKO-nun baş katibinə məktub göndərib

Cəmiyyət Materials 13 Noyabr 2010 17:22 (UTC +04:00)
İsveç Azərbaycanlıları Konqresi (İAK) YUNESKO-nun baş katibi İrina Bokovaya etiraz məktubu göndərib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Etirazın səbəbi təşkilatın noyabrın 15-19-da Keniyada keçiriləcək V sessiyasında "Armenian cross-stones" ("Erməni xaçkarlar") adlı məqalənin müzakirəsinin nəzərdə tutulmasıdır.
İsveç Azərbaycanlıları Konqresi YUNESKO-nun baş katibinə məktub göndərib

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

İsveç Azərbaycanlıları Konqresi (İAK) YUNESKO-nun baş katibi İrina Bokovaya etiraz məktubu göndərib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Etirazın səbəbi təşkilatın noyabrın 15-19-da Keniyada keçiriləcək V sessiyasında "Armenian cross-stones" ("Erməni xaçkarlar") adlı məqalənin müzakirəsinin nəzərdə tutulmasıdır.

"Armenian cross-stones" ("Erməni xaçkarlar") məqaləsinin müəllifləri Qafqaz Albaniyası dövründən qalan qədim Azərbaycan abidələrinin yaranma tarixlərini saxtalaşdırırlar. Bu isə Ermənistanın Azərbaycan tarixi abidələrini özününküləşdirməsi kimi təqdim olunmalıdır və bu, eyni zamanda xalqımızın mədəni və tarixi irsinin bir hissəsindən məhrum edilməsi kimi qəbul edilməlidir", - məktubda deyilir.

"Hesab edirik ki, bu cür iddialarla dolu məqalənin müzakirəyə çıxarılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı YUNESKO-nun bəyan etdiyi mövqeyinə ziddir", - İsveçdəki soydaşlarımız bildiriblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

İAK üzvləri YUNESKO-nun baş katibindən  2010-cu il noyabrın 15-19-da keçiriləcək sessiyada "Armenian cross-stones" ("Erməni xaçkarlar") məqaləsinin müzakirə olunmamasını xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti