...

Xəzərdə nərə balığı ovuna moratoriumun tətbiqi balıq məhsullarının qiymətinə təsir edir - Azərbaycanın ekologiya naziri

Cəmiyyət Materials 20 Noyabr 2010 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir M.Əliyev/

Xəzərdə nərə balığı ovuna moratoriumun tətbiqi bu məhsulun qiymətlərinə təsir edir. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov belə hesab edir.

"Xəzərdə nərə növündən olan balıqların ovuna moratoriumun tətbiqi brakonyerliyə qarşı mübarizəyə kömək edir, lakin balıq məhsullarının qiymətlərinə də təsir edir", - nazir şənbə günü jurnalistlərə bildirib.

Noyabrın 18-də Xəzəryanı dövlət başçılarının Bakı sammitində beş il ərzində Xəzərdə nərə növündən olan balıqların ovuna moratoriumun tətbiqi mexanizmlərinin hazırlanması və müzakirəsi haqqında qərar qəbul edilib.

Azərbaycanlı nazirin sözlərinə görə, Xəzəryanı dövlətlərin iqtisadiyyatında nərə növündən olan balıqların ticarəti mühüm rol oynamır, ona görə də bu növün bərpasının xeyrinə moratorium tətbiq edilməlidir.

Bağırovun sözlərinə görə, prezidentlərin qəbul etdikləri qərar Xəzəryanı ölkələrdə nərə növündən olan balıqların təbii bərpası üçün çaylarda şəraitin yaradılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti