...

Azərbaycanın qeyri-hökumət təşkilatı ABŞ-ın mükafatına layiq görülüb

Cəmiyyət Materials 1 Dekabr 2010 19:16 (UTC +04:00)
Birləşmiş Ştatların ATƏT-dəki missiyası Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən Azad Fikir Universitetini ABŞ-ATƏT-in internetdə ifadə azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görüb.
Azərbaycanın qeyri-hökumət təşkilatı ABŞ-ın mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Birləşmiş Ştatların ATƏT-dəki missiyası Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən Azad Fikir Universitetini ABŞ-ATƏT-in internetdə ifadə azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görüb. Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

ABŞ-ın dövlət katibi Hillari Klintonun internetdə ifadə azadlığına verdiyi diqqəti əsas tutaraq, internetdən əhəmiyyətli məsələlər üçün dayanıqlı və novator tərzdə istifadə edən, xüsusilə də demokratik islahatlar, vətəndaş cəmiyyəti, müstəqil media, insan haqları, yaxud qanunun aliliyi kimi insan ölçüləri üzrə ATƏT-in prinsiplərinə təkan verən fərd və ya qeyri-hökumət təşkilatının (QHT) nailiyyətləri təqdir edilib.

ABŞ -ın ATƏT-dəki nümayəndəsi səfir İan Kelli Qazaxıstanın Astana şəhərində keçiriləcək ATƏT sammitindən əvvəl təşkil olunmuş nəzarət konfransının Astanada keçirilən sessiyasında bu mükafatı noyabrın 27-də Azad Fikir Universitetinin nümayəndəsi Vüqar Salamlıya təqdim edib.

Azad Fikir Universiteti maraqlı tərəfləri ifadə və debat azadlığı üçün məkanla təmin edib. Bu universitet həm həftədə iki dəfə keçirilən mühazirə və debatlar üçün fiziki məkan, həm də müzakirələri davam etdirmək, digər mövzular arasında demokratikləşdirmə, insan hüquqları, media azadlığına dair debatların keçirilməsinə həvəsləndirmək üçün videolar, bloqlar və forumlarla təmin edən vizual məkan (www.azadfikir.org) kimi mövcuddur.

ABŞ-ın Azərbaycandakı səfirliyi Azad Fikir Universitetinin qrant tərəfdaşları arasında olmağından qürur duyur.

Xəbər lenti

Xəbər lenti