...

Azərbaycanda 30 dini icma qeydiyyata alınıb

Cəmiyyət Materials 8 Dekabr 2010 14:47 (UTC +04:00)
Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qeydə alınan dini icmaların hamısı islam təmayüllü olub.
Azərbaycanda 30 dini icma qeydiyyata alınıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 30 dini icmanı qeydiyyata alıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, qeydə alınan dini icmaların hamısı islam təmayüllü olub.

Komitə tərəfindən qeydiyyata alınan dini icmaların sayı 510-a çatıb. Bunlardan 493-ü islam, 9-u xristian, 6-sı yəhudi, 1-i krişna, 1-i isə bəhai olmaqla, 17-si qeyri-islam təmayüllü icmalar olub.

Azərbaycanda dini icmaların təkrar qeydiyyatı 2009-cu ilin noyabrında başlanılıb. İlk qeydiyyat şəhadətnaməsi keçən ilin noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinə verilib.

Xəbər lenti

Xəbər lenti