...

Avropa Məhkəməsinin president hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib - Prezident Administrasiyasının şöbə müdiri

Cəmiyyət Materials 10 Dekabr 2010 11:38 (UTC +04:00)
Avropa Məhkəməsinin president hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib.
Avropa Məhkəməsinin president hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib - Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Məhkəməsinin president hüququ Azərbaycanda qanunvericiliyin tərkib hissəsinə çevrilib. Bunu cümə günü Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr olunmuş "Avropa İnsan Hüquqları Konvensiyasının implementasiyasında səmərəli mexanizmlər və vasitələr" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında bildirib.

"Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarların təhlili göstərir ki, Avropa Məhkəməsinin president hüququ Azərbaycanda hüququn tətbiqi təcrübəsində xüsusi yer tutur", - Ələsgərov deyib.

PA rəsmisinin sözlərinə görə, Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı ölkədə hüquq və azadlıqların məhkəmə sahəsində müdafiəsi üçün qanunvericilikdə instisional islahatlar aparılıb.

"Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Avropa Konvensiyasının tam şəkildə implimentasiyası üçün zəruri tədbirlər görülür", - Ələsgərov bildirib.

Avropa Şurasının İnsan hüquqları və hüquqi məsələlər üzrə Baş direktoratının bölmə rəhbəri Markus Yaeger isə çıxışında bildirib ki, Azərbaycandan Avropa Məhkəməsinə 2000 iş göndərilib. Bunlardan 40-ı barədə qərar qəbul edilib.

"Avropa Məhkəməsi düşünür ki, Azərbaycanda media və jurnalistlərin azadlığı məsələsində pozitiv dəyişikliklərə ehtiyac var. Məhkəmə qərarlarının icra olunmaması ilə bağlı da problemlər var", - Yaeger əlavə edib.

Xəbər lenti

Xəbər lenti