...

Azərbaycanda vəkil olmaq istəyənlər azdır

Cəmiyyət Materials 13 Dekabr 2010 12:02 (UTC +04:00)
Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bazar ertəsi Trend-ə bildirib ki, Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu dekabrın 30-dək uzadılıb.
Azərbaycanda vəkil olmaq istəyənlər azdır

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda vəkilliyə qəbul üçün sənəd qəbulu növbəti dəfə uzadılıb.

Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov bazar ertəsi Trend-ə bildirib ki, Rəyasət Heyətinin qərarı ilə sənəd qəbulu dekabrın 30-dək uzadılıb.

Sədr müavini qeyd edib ki, indiyədək vəkilliyə qəbul üçün 450 nəfər sənəd verib.

Vəkilliyə qəbul imtahanlarının gələn ilin əvvəllərində keçirilməsi nəzərdə tutulub.

Sənəd qəbuluna bu il iyulun 15-dən başlanılıb və bununla ikinci dəfədir ki, sənəd qəbulu uzadılır.

Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti