...

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi iğtişaşlarla bağlı iki əməkdaşını Moskavaya göndərib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 Dekabr 2010 13:15 (UTC +04:00)

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi iğtişaşlarla bağlı iki əməkdaşını Rusiya paytaxtına göndərib. Bu barədə jurnalistlərə komitənin sədri Nazim İbrahimov bildirib.

"Hazırda Moskvadakı qarşıdurmalarla bağlı təhqiqat aparılır və mən inanmıram ki, bu hadisələr böyük fəlakətə gətirib çıxarsın", - İbrahimov bildirib.

Bir az əvvəl "Danışır Moskva" radiostansiyası iğtişaşlar zamanı Azərbaycan vətəndaşının həlak olması barədə məlumat vermişdi.

RF İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin "RİA Novosti"yə bildirib ki, dekabrın 15-də Moskvada bir qrup gəncin cinayət törətməsi faktı üzrə "xuliqanlıq", "qətlə cəhd " və "hakimiyyət nümayəndəsinə qarşı zorakılığın tətbiqi" maddələri üzrə cinayət işləri açılıb.

Xəbər lenti

Xəbər lenti