...

Azərbaycanın vitse-spikeri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 21 Dekabr 2010 09:30 (UTC +04:00)
Azərbaycanın vitse-spikeri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsini məqsədəuyğun sayır.
Azərbaycanın vitse-spikeri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın vitse-spikeri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsini məqsədəuyğun sayır.

"Düşünürəm ki, əhəmiyyətli olan problemlərin həlli üçün tədbirlərin görülməsidir. Bu səlahiyyətlərin kim tərəfindən yerinə yetirilməsinin o qədər əhəmiyyəti yoxdur", - bazar ertəsi Trend-ə Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova bildirib.

Muradovanın sözlərinə görə, media ombudsmanının səlahiyyətlərinin insan haqları üzrə müvəkkilə verilməsi onun üçün həddən artıq yüklənmə olmayacaq. Vitse-spiker hesab edir ki, hər iki ombudsmanın səlahiyyətləri arasında kəskin fərq yoxdur.

"Bu sahələr arasında sərhəd qoymaq mümkün deyil. Bu səlahiyyətlər bir-biri ilə kəsişir, hətta bəzən bir-birinə keçir. Bu mənada, hüquqların qorunmasının təşkilinin bir mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Burada təkrarlamalar da olmayacaq, birinin sərhədi bitəndə digəri başlayacaq və yaxud biri digərinin davamı olacaq. Bunun bir əldə birləşməsinin normal olduğunu düşünürəm", - Muradova vurğulayıb.

Vitse-spiker deyib ki, media ombudsmanının səlahiyyətlərinin verilməsi insan haqları üzrə  müvəkkilin fəaliyyətində heç bir çətinlik yaratmayacaq.

"İnsan hüquqları üzrə müvəkkilin imkanlarını nəzərə alaraq, düşünürəm ki, burada heç bir çətinlik yoxdur. Aparatda ombudsmanın köməkçiləri ola bilər. Ayrıca bu sahədə praktiki işi həyata keçirən adamlar ola bilər. Lakin ümumi rəhbərlik ombudsman tərəfindən həyata keçirilə bilər. Əsas işin təşkilidir. Əsas odur ki, həmin sahədə iş dayanmasın, bu sahədəki problemlərin həlli üçün müvafiq səlahiyyətlər olsun. Biz bu gün həmin səlahiyyətləri veririk", - o, deyib.

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsinin qarşısının alınması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Əlsəgərov da media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsini məqsədəuyğun hesab edir.

Xəbər lenti

Xəbər lenti