...

Azərbaycanın ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Cəmiyyət Materials 23 Dekabr 2010 16:57 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə elan olunmuş müsabiqə üzrə vakant vəzifələr əsasən icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir.
Azərbaycanın ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın ədliyyə orqanlarında işə qəbulla bağlı müsabiqə elan olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, ədliyyə orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə elan olunmuş müsabiqə üzrə vakant vəzifələr əsasən icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ərizə və sənədlərini təqdim edə bilərlər.

Sənədlər gələn il yanvarın 5-dən Ədliyyə Nazirliyinin inzibati binasında bütün iş günləri qəbul ediləcək.

Test imtahanının yeri və tarixi barədə sənəd qəbulu başa çatandan sonra məlumat veriləcək.

Nazirliyin penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Xəbər lenti

Xəbər lenti