Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda tutulub.
Trendin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Elmixan Tağıyev Cinayət Məcəlləsinin 181 (quldurluq) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olub.
Tağıyev Qazaxıstanda tutularaq respublikamıza ekstradisiya olunub.