...

Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasında mehriban komanda işləyir və bunun sayəsində bir çox tapşırıqları kifayət qədər tez həll edə bilirik"

Cəmiyyət Materials 27 Dekabr 2010 16:43 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının 3-cü Ümumi yığıncağı başa çatandan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov jurnalistlərin suallarına cavab verib
Altay Həsənov: "Azərbaycan Gimnastika Federasiyasında mehriban komanda işləyir və bunun sayəsində bir çox tapşırıqları kifayət qədər tez həll edə bilirik"

Azərbaycan Gimnastika Federasiyasının 3-cü Ümumi yığıncağı başa çatandan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov jurnalistlərin suallarına cavab verib

- Altay müəllim, gimnastika sarayının tikintisi ilə bağlı məsələ nə yerdədir?

- Kompleksin mürəkkəb konstruksiyası ilə əlaqədar layihədə problemlər olub. Lakin indi proses artıq yerindən davam edir. Əminəm ki, kompleks Avropada ən yaxşılardan biri olacaq. O, təkcə bədii gimnastika üçün deyil, eləcə də digər gimnastika fənləri üçün nəzərdə tutulub. Tamaşaçılar zalı təxminən 6 min tamaşaçı tutumuna malik olacaq. Bu, böyük yarışların keçirilməsi üçün beynəlxalq standartdır. Proqnozlara görə, tikintinin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.

- Gələcəkdə gimnastlarmızdan, xüsusən də 2012-ci il Olimpiya oyunlarında hansı uğurlar gözləmək olar?

- Əlbəttə ki, bizim hamımız ən yüksək məqsədlərə can atırıq. Lakin obyektiv danışsaq, fərdi iştirakçıların çoxnövçülükdə yalnız bir mükafat uğrunda mübarizə apardıqları Olimpiadada qızıl qazanmaq çox çətindir. Rəqabət çox yüksəkdir. Bədii gimnastikada həm "gümüş", həm də "bürünc" "qızıl"a bərabərdir. Biz Olimiadada Aliyə Qarayevanın uğurlu çıxışına ümid edirik. Lakin idmanda hər şey olur. Allah eləsin, zədə olmasın.

- London Olimpiadasında Aliyə Qarayevanın uğur qazanacağına ümid edirik. Bəs onu kim əvəzləyəcək?

- Bizdə tədricən istedadlı qızlar yer alır. Məsələn, cari ildə yeniyetmələrin Avropa çempionatının gümüş mükafatçısı Lalə Yusifova. Daha bir neçə perspektivli gimnast var.

- Bakıda böyük beynəlxalq yarışların keçirilməsi gözlənilirmi?

- Biz hələ ki, belə demək mümkünsə, kiçik fasilə götürmək qərarına gəlmişik. Lakin bununla yanaşı, biz hər il gənc idmançılarımızın təcrübə qazanmaları üçün xarici gimnastların iştirakı ilə ölkənin açıq çempionatını keçiririk. Onları beynəlxalq yarışlara göndəririk, regionlarda gimnastikanın inkişafına böyük diqqət yetiririk. İndi bizim başlıca məqsədimiz perspektivli gimnastların yetişdirilməsidir.

- Federasiya 2010-cu ildə nəzərdə tutduqlarının hamısını həyata keçirməyə nail olubmu?

- Azərbaycan Gimnastika Fererasiyasının prezidenti Mehriban Əliyevanın başçılığı ilə federasiyada mehriban, yekdil komanda işləyir. Bunun sayəsində biz bir çox tapşırıqları kifayət qədər tez həll edə bilirik. Əlbəttə ki, heç də həmişə hər şey dərhal alınmır, lakin biz çox şeyə nail ola bilirik və bu bizi sevindirməyə bilməz.

Xəbər lenti

Xəbər lenti