...

Nərimanov rayon polisi külli miqdarda narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb

Cəmiyyət Materials 7 Yanvar 2011 10:52 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır
Nərimanov rayon polisi külli miqdarda narkotik maddəni qanunsuz dövriyyədən çıxarıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Nərimanov rayon polisi külli miqdarda narkotikanı qanunsuz dövriyyədən çıxarıb.

Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, Nərimanov rayonu Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 6-sı saat 17:00 radələrində Atatürk prospektində Yevlax rayon sakini Elşad Hüseynlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobilindən 70,32 qram narkotik vasitə olan heroin və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti