...

Rusiya avarçəkərləri Azərbaycanda təlim-məşq toplantısı keçəcəklər

Cəmiyyət Materials 8 Yanvar 2011 13:34 (UTC +04:00)
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində yenicə istifadəyə verilmiş "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində xarici ölkələrdən ilk təlim-məşq toplantısını Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası keçirəcək.
Rusiya avarçəkərləri Azərbaycanda təlim-məşq toplantısı keçəcəklər

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir T.Hacıyev/

Rusiyanın akademik avarçəkmə üzrə milli komandası Mingəçevirə gəlir. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Mingəçevir şəhərində yenicə istifadəyə verilmiş "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində xarici ölkələrdən ilk təlim-məşq toplantısını Rusiyanın akademik avarçəkmə üzrə kişilərdən ibarət milli komandası keçirəcək.

Qonşu ölkənin yığması yanvarın 11-də gələcək.

Nümayəndə heyətinin tərkibi 11 nəfərdən ibarət olacaq. Onlardan 7-si idmançı, qalanları isə məşqçi və texniki personaldan ibarətdir. Rusiya avarçəkənlərinin hazırlıq prosesi 3 həftəyədək davam edəcək.

Xəbər lenti

Xəbər lenti