...

Rusiyanın Azərbaycandakı səfirliyində uşaqlar üçün Yeni il tədbirləri keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2011 19:35 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı səfirliyi bazar günü uşaqlar üçün Yeni il bayramı keçirib.
Rusiyanın Azərbaycandakı səfirliyində uşaqlar üçün Yeni il tədbirləri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Rusiyanın Azərbaycandakı səfirliyi bazar günü uşaqlar üçün Yeni il bayramı keçirib.

Bayram tədbirlərinə Bakıdan əlavə ölkənin bir sıra rayonlarından - İsmayıllı rayonunun İvanovka kəndindən, Qəbələdən, Şəkidən və s. - uşaqlar dəvət olunub. Xarici ölkələrin Azərbaycanda akreditə olunmuş diplomatik missiyalarının işçilərinin uşaqları da tədbirlərdə iştirak ediblər.

Musiqili komediya teatrının və Rus mədəniyyət mərkəzinin aktyorları uşaqlara nağıllar əsasında  tamaşalar qurublar.  Rusiyanın Azərbaycandakı səfirliyinin keçirdiyi Yeni il tədbirlərində iştirak edən hər bir uşağa hədiyyələr təqdim olunub.

Xəbər lenti

Xəbər lenti