...

Avropa Məhkəməsi evləri məcburi köçkünlər tərəfindən tutulmuş Azərbaycan vətəndaşlarının şikayəti üzrə qərar qəbul edib

Cəmiyyət Materials 13 Yanvar 2011 15:08 (UTC +04:00)
Avropa Məhkəməsinin saytının yaydığı məlumata görə, Məhkəmə ərizəçilərin Avropa İnsan Haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun və Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiq edib.
Avropa Məhkəməsi evləri məcburi köçkünlər tərəfindən tutulmuş Azərbaycan vətəndaşlarının şikayəti üzrə qərar qəbul edib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanvarın 13-də mülkiyyət hüququnun pozulması ilə bağlı 10 nəfər Azərbaycan vətəndaşının şikayəti üzrə qərar qəbul edib.

Avropa Məhkəməsinin saytının yaydığı məlumata görə, Məhkəmə ərizəçilərin Avropa İnsan Haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun və Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu təsdiq edib.

Məhkəmənin qəbul etdiyi qərara görə, yerlli məhkəmənin qərarları üç ay ərzində icra olunmalı və onlara dəyən maddi ziyana görə 9 nəfərin hər birinə 2500 avro, 1 nəfərə isə 7000 avro təzminat ödənilməlidir.

Mənəvi ziyana görə isə 9 nəfərin hər birinə 1200, bir nəfərə isə 3000 avro təzminat ödənilməlidir. Məhkəmə xərcləri üçün isə 2000 avro təzminat müəyyənləşdirilib.

Şikayətçilərin mənzillərində məcburi köçkün ailələri məskunlaşdığı üçün onlar mülkiyyətlərindən uzun müddətdir istifadə edə bilmirlər.

Onların şikayətlərinin ölkədaxili məhkəmələrdə təmin edilməsinə və məcburi köçkünlərin mənzildən çıxarılması barədə qərarın verilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarları hələ də icra olunmayıb.

Xəbər lenti

Xəbər lenti