...

Gürcüstanda avtomobildə intim münasibətlərə görə böyük məbləğdə cərimə tətbiq olunacaq

Cəmiyyət Materials 21 Yanvar 2011 13:50 (UTC +04:00)
Gürcüstanda avtomobildə intim münasibətlərə görə böyük məbləğdə cərimə tətbiq olunacaq
Gürcüstanda avtomobildə intim münasibətlərə görə böyük məbləğdə cərimə tətbiq olunacaq

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Hacıyev/

Gürcüstanda avtomobildə intim münasibətlərə görə böyük məbləğdə cərimə tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə "Kvela Siaxle" qəzeti xəbər verir.

Qəzetin yazdığı kimi, bu yaxınlarda Tbilisidə Müqəddəs Nikolay kilsəsinin yaxınlığında avtomobildə cütlük - əmiqızı və əmioğlu cinsi əlaqədə olublar, nəticədə qızın ürəyi tab gətirməyib və o, vəfat edib. Bu hadisədən sonra polis patrul xidməti  ictimai yerlərdə intim münasibətlərə görə cərimə sanksiyası tətbiq edib. Bu cür pozuntu "kiçik dələduzluq" maddəsinə müvafiqdir, "Novosti Qruziya" yazır.

Patrul polisindən bəyan ediblər ki, cərimənin dəqiq məbləği müəyyən olunmayıb və onu hadisə yerində olan polis əməkdaşları təyin edirlər, qəzet yazır. Eyni zamanda polisdən iddia ediblər ki, cərimənin məbləği 400 lariyə yaxın (222 dollar) olacaq.

Xəbər lenti

Xəbər lenti