...

Müqavilə öhdəliklərinə əməl etməyən QHT-lərə qarşı ciddi tədbirlər görüləcək

Cəmiyyət Materials 21 Yanvar 2011 20:04 (UTC +04:00)
Cümə günü Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.
Müqavilə öhdəliklərinə əməl etməyən QHT-lərə qarşı ciddi tədbirlər görüləcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Cümə günü Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib.

İclasda Şuranın 2011-ci il üçün maliyyə yardımı müsabiqəsinə təqdim olunmuş layihələrin ilkin seleksiyasının nəticələri, Şuranın 2010-cu ildəki fəaliyyətinin hesabatı, 2010-cu ilin yekunlarına həsr olunmuş tədbirin keçirilməsi və cari məsələlər müzakirə olunub.

Şura sədri Azay Quliyev bildirib ki, ilin sona yetməsinə və Şura Katibliyinin bu barədə çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, bir sıra QHT-lər yerinə yetirdikləri layihələrin hesabatını vermək istəmirlər. Şura sədri dövlət vəsaitinin xərclənməsinə belə səhlənkar münasibət göstərən təşkilatlara qarşı ciddi tədbirlər görülməsinin zəruriliyini diqqətə çatdırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, müsabiqə çərçivəsində Katibliyə 428 layihə paketi daxil olub. Onlardan 4-ü poçt vasitəsilə müəyyən edilmiş vaxtdan gec göndərildiyi üçün ekspertizaya buraxılmayıb, 72 təşkilatın sənədlərində çatışmazlıqlar olduğu üçün onlar da ilkin seleksiya zamanı müsabiqədən kənarlaşdırılıblar.

Bununla belə, qeyd edilib ki, müsabiqə şərtlərinə görə 01 aprel 2010-cu ilədək Maliyyə Nazirliyinə illik maliyyə hesabatı təqdim etməmiş QHT-lərin də müsabiqədən kənarlaşdırılması məsələsinə müvafiq dəqiqləşdirilmələr aparıldıqdan sonra baxılacaq.

Dövlət vəsaitinin layihə çərçivəsində xərclənməsi qaydalarına məsuliyyətsiz yanaşaraq, vaxtında hesabat verməyən QHT-lərə qarşı daha təsirli tədbirlərin görülməsi təklifləri irəli sürülüb. Beləliklə, hesabatlarını vaxtlı-vaxtında verməyən QHT-ləri bu ilin maliyyə müsabiqəsindən kənarlaşdırılmaq cəzası gözləyir.

Xəbər lenti

Xəbər lenti