Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Azərbaycanın Sumqayıt şəhəri və Türkiyənin Keçiörən rayonu (Ankaranın şimal rayonu) qardaş şəhər olublar. Müvafiq protokolu Sumqayıt və Keçiörən bələdiyyələrinin rəhbərləri Əbülfəz Babayev və Mustafa Ak imzalaylıblar. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyət" qəzeti yazır.
Protokola əsasən, Keçiörənin meydanlarından birində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq.