...

2020-ci ilədək Azərbaycanda qaz hasilatı ikiqat arta bilər – nazir müavini

Cəmiyyət Materials 15 Fevral 2011 12:25 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda qaz hasilatı 2010-cu ildə hasil olunan 27 milyard kubmetrdən iki dəfə çox arta bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəimzalanmış memorandumun müzakirəsi zamanı bildirib.
2020-ci ilədək Azərbaycanda qaz hasilatı ikiqat arta bilər – nazir müavini

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir E.İsmayılov/

2020-ci ilədək Azərbaycanda qaz hasilatı 2010-cu ildə hasil olunan 27 milyard kubmetrdən iki dəfə çox arta bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış memorandumun müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu qaz "Cənub enerji dəhlizi" layihəsini doldurmağa imkan verəcək. Hazırda Azərbaycanda sübut edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetr təşkil edir. Ötən il Azərbaycanda ehtiyatları 200 milyard kubmetr həcmində qiymətləndirilən yataq aşkar edilib.

Həmçinin, Azərbaycanda "Abşeron", "Naxçıvan", "Babək" kimi perspektivli strukturlar mövcuddur ki, onlar ölkənin qaz ehtiyatlarının həcmini xeyli artırmağa imkan verir.

"Cənub dəhlizi" "Cənub enerji dəhlizi" enerji marşrutları və mənbələrinin şaxələndirilməsini və bununla da Aİ-nin enerji təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. "Cənub dəhlizi" layihələrinə "Nabukko", Transadriatik qaz kəməri (TAP), "Bəyaz axın", ITGI ("Türkiyə-Yunanıstan-İtaliya") aiddir.

Bu layihələrin ilk mərhələsi üçün əsas qaz mənbələrindən biri Azərbaycanın "Şahdəniz" yatağıdır, onun ehtiyatları 1,2 trilyon kubmetrdir. Gələcəkdə əsas xammal bazası kimi Türkmənistan və İraq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti