...

Azərbaycanda etik davranış qaydalarının pozulması faktları aşkar edilmiş dövlət qurumlarının adı açıqlanıb

Cəmiyyət Materials 16 Fevral 2011 13:10 (UTC +04:00)
Azərbaycanda ötən il etik davranış qaydalarının pozulması faktları aşkar edilmiş dövlət qurumlarının adı açıqlanıb.
Azərbaycanda etik davranış qaydalarının pozulması faktları aşkar edilmiş dövlət qurumlarının adı açıqlanıb

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il etik davranış qaydalarının pozulması faktları aşkar edilmiş dövlət qurumlarının adı açıqlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, 9 dövlət orqanının etik davranış qaydalarını pozan 242 əməkdaşına intizam tənbehi tətbiq olunub, 3 dövlət orqanında isə 14 əməkdaşın dövlət qulluğuna xitam verilib.

Məlumata görə, İqtisadi İnkişaf Nazirliyində 13, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2, Kənd Təsərrüfatı Nazirliyində 2, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 1, Sənaye və Energetika Nazirliyində 1, Dövlət Statistika Komitəsində 23, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 170, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində 23 dövlət qulluqçusuna intizam tənbehi tətbiq olunub.

Dövlət Statistika Komitəsin 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin 2 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib.

Xəbər lenti

Xəbər lenti