...

Bakı Dövlət Universitetində korrupsiyanın qarşısının alınması üçün radikal islahatlar aparılacaq – rektor Abel Məhərrəmov

Cəmiyyət Materials 18 Fevral 2011 15:05 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) korrupsiya hallarının qarşısının alınması üçün radikal islahatlar aparılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə BDU-nun rektoru, professor Abel Məhərrəmov bildirib.
Bakı Dövlət Universitetində korrupsiyanın qarşısının alınması üçün radikal islahatlar aparılacaq – rektor Abel Məhərrəmov

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Bakı Dövlət Universitetində (BDU) korrupsiya hallarının qarşısının alınması üçün radikal islahatlar aparılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə BDU-nun rektoru, professor Abel Məhərrəmov bildirib.

"Hazırda korrupsiya hallarının qarşısının alınması üçün tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı addım-addım həyata keçirilir. Bu tədbirlər planında şəffaflığın yüksəldilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, tələbələrin narazılıqlarının aradan qaldırılması öz əksini tapıb", - Məhərrəmov deyib.

Onun sözlərinə görə, universitetdə 18 mindən çox tələbə təhsil alır və 3 min nəfərdən çox professor-müəllim heyəti fəaliyyət göstərir.

"Burda bütün proseslər tələbələrin düşüncəsi, vətəndaşlıq mövqeyi və milli təəssübkeşlik əsasında formalaşdırılır və bu da öz bəhrəsini verir", - o, əlavə edib.

Məhərrəmov qeyd edib ki, bu gün Azərbaycan inkişaf edir, ona görə də heç bir neqativ hal olmamalıdır və bütün çatışmazlıqlar aradan qaldırılmalıdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə 2011-ci il yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib.

Xəbər lenti

Xəbər lenti