...

Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi edilib

Cəmiyyət Materials 23 Fevral 2011 11:54 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi aparılıb.
Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar sistemində kadr dəyişikliyi edilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, PX-nin rəisi Mədət Quliyevin əmri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Rəhimov Rəfael Ağarəhim oğlu tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib.

Məlumatda bildirilir ki, Rəhimov xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara və ədliyyə orqanlarında qulluqla bir araya sığmayan əməllərə yol verdiyi üçün cəzalandırılıb.

Bir neçə gün öncə Penitensiar Xidmətə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev rəis təyin edilib.

Xidmətin əvvəlki rəisi Nazim Ələkbərov isə tutduğu vəzifədən azad edilmişdi.

Xəbər lenti

Xəbər lenti