...

Azərbaycanın hakim partiyası hərbi hissədə baş vermiş insidentə münasibət bildirib

Cəmiyyət Materials 23 Fevral 2011 12:39 (UTC +04:00)
Digər ölkələrdən fərqli olaraq, torpaqlarımızın işğal edilməsi səbəbindən Azərbaycan hərb vəziyyətindədir, ordusu isə uzun illərdir kazarmada deyil, səngərlərdədir.
Azərbaycanın hakim partiyası hərbi hissədə baş vermiş insidentə münasibət bildirib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Digər ölkələrdən fərqli olaraq, torpaqlarımızın işğal edilməsi səbəbindən Azərbaycan hərb vəziyyətindədir, ordusu isə uzun illərdir kazarmada deyil, səngərlərdədir.

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Azərbaycanda hərbi hissələrdən birində bu günlərdə yeddi əsgərin ölümü ilə nəticələnən insidentə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, səngərdə olan əsgərlə kazarmada olan əsgər arasında isə böyük fərq var.

Qurbanlı qeyd edib ki, baş verən insidentlə bağlı yaradılmış istintaq qrupu Ali Baş Komandana araşdırmanın nəticələri ilə bağlı məruzə edəcək.

"Dünyanın istənilən ölkəsində orduda bu tipli hadisələr baş verə bilər", - o, deyib.

Azərbaycanda son illər ordu quruculuğu sahəsində çox böyük uğurlar əldə olunduğunu deyən Qurbanlı bildirib ki, orduda nizam-intizamın gücləndirilməsi üçün Ali Baş Komandan İlham Əliyev tərəfindən müxtəlif xarakterli tədbirlər həyata keçirilir.

"İnsident baş vermiş korpusunun komandirinin tutduğu vəzifədən azad edilməsi buna misaldır", - hakim partiyanın icra katibinin müavini bildirib.

Fevralın 20-də saat 09:40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə zamanı 7 əsgər dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti