...

Azərbaycanda 2012-ci il London Olimpiya Oyunları çərçivəsində kampaniyaya start verilir

Cəmiyyət Materials 23 Fevral 2011 16:38 (UTC +04:00)
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları çərçivəsində "Son 500 gün" kampaniyasına start verir.
Azərbaycanda 2012-ci il London Olimpiya Oyunları çərçivəsində kampaniyaya start verilir

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Əliyev/

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları çərçivəsində "Son 500 gün" kampaniyasına start verir. Bu barədə çərşənbə günü Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Kampaniya çərçivəsində səfirliyin Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə tədbirləri nəzərdə tutulub.

23 Fevral-10 Mart tarixlərində Britaniya səfirliyi Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə birgə "onlayn müsabiqə" təşkil edir. Səfirliyin internet səhifəsində (www.ukinazerbaijan.fco.gov.uk) www.olimpiya.az saytında yerləşdirilən Azərbaycan Olimpiya və Paralimpiya hərəkatlarını və London 2012 Olimpiya və Paralimpiya oyunlarını əhatə edən 15 sualın cavabını [email protected] elektron ünvanına göndərən ilk 3 iştirakçıdan biri Londonda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün 2 pulsuz bilet və Londona "British Midland International" (BMI) şirkətindən 2 aviabilet qazanacaq.

Səfirlik həmçinin 5 mart Bədən Tərbiyəsi və İdman Günündə Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə dənizkənarı parkda qaçış təşkil edəcək. Tədbirdə 500 nəfərin iştirakı nəzərdə tutulub.

Britaniya səfirliyi və "British Council" təşkilatı həmçinin 5-14 mart tarixlərində Bakıda yerləşən 10 məktəbdə 8-13 yaşında olan uşaqlar arasında olimpiya festivalı keçirəcək.

Hər üç tədbirlə bağlı qaliblər martın 14-də Bakı Biznes Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti