...

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin tərkibində dəyişiklik olub

Cəmiyyət Materials 24 Fevral 2011 17:19 (UTC +04:00)
DAK-ın mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Türkiyənin paytaxtı Ankarada Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznianın rəhbərliyi ilə təşkilatın İdarə Heyətinin növbəti iclasında bu barədə qərar qəbul edilib.
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin tərkibində dəyişiklik olub

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin tərkibində dəyişiklik olub.

DAK-ın mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Türkiyənin paytaxtı Ankarada Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir RüstəmxanlıFiridun Pərviznianın rəhbərliyi ilə təşkilatın İdarə Heyətinin növbəti iclasında bu barədə qərar qəbul edilib.

DAK Nəzarət-Təftiş Komissiyasından daxil olan məlumata əsasən, təşkilatın İdarə Heyətinin üzvləri Bəhruz Həqqinin, Fəramərz Quluzadənin və Hüseyn Vüsuqinin fəaliyyətləri müzakirə olunub. Onların DAK-ın Nizamnaməsinin tələblərinə uyğun olmayan fəaliyyətləri, buraxdıqları səhvlər qeyd edilib və təşkilatın İdarə Heyətinin üzvlərinin digər arqumentləri də nəzərə alınaraq, Bəhruz Həqqi və Fəramərz Quluzadənin qurumun İdarə Heyətinin üzvü kimi fəaliyyətləri növbəti qurultaya qədər dondurulub, Hüseyn Vüsuqiyə isə ciddi xəbərdarlıq edilib.

DAK-ın Rusiya nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevin xahişi nəzərə alınaraq, o, ölkə nümayəndəliyi vəzifəsindən azad edilib. Müvəqqəti olaraq DAK Rusiya nümayəndəliyinin rəhbəri vəzifəsinin icrası təşkilatın İdarə Heyətinin üzvü Tahir Hacıyevə tapşırılıb.

Yığıncaqda Cənubi Azərbaycanda, Türk dünyasında və beynəlxalq aləmdə baş verən proseslər, təşkilatdaxili məsələlər, 2011-ci il üçün fəaliyyət proqramı və DAK-ın 4-5 dekabr 2010-cu il tarixində Almaniyanın Bonn şəhərində keçirilmiş XI Qurultayından sonrakı üç aylıq fəaliyyəti müzakirə edilib.

İclasda DAK həmsədri Sabir Rüstəmxanlının Azərbaycan diasporunun fəaliyyəti, DAK-ın digər həmsədri Firidun Pərviznia və DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin Cənubi Azərbaycanda gedən proseslər, DAK İdarə Heyətinin üzvü, professor Vaqif Arzumanlının Dərbənd və Borçalı azərbaycanlılarının durumu barədə məruzələri dinlənilib. Bundan əlavə, qurultaydan ötən üç ay müddətində DAK-ın fəaliyyəti barədə təşkilat həmsədrlərinin məlumatı dinlənilib, görülən işlər qurumun İdarə Heyəti tərəfindən məqbul qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti